
İranda məşhur aktrisa həbs olunub.
Modern.az xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, aktrisa Təranə Əlidusti yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs olunub.
Aktrisanın ötən gün polis tərəfindən nəzarətə alındığı qeyd olunub.