İranda nüvə alimlərinin dəfn mərasimi başladı

İranda nüvə alimlərinin dəfn mərasimi başladı

İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb.

Millətin  Səsi.az xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı “Yüksələn Şir” (“Rising Lion”) əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Share: