İranda ötən sutka ərzində 89 nəfər koronavirusdan (COVID-19) ölüb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 581 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 530 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə virusa yoluxanların sayı 1 778 645 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 866 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 521 377 nəfər koronavirusdan sağalıb, 11,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.