
İranda ötən bir neçə gün ərzində güclü yağış və daşqınlar nəticəsində 12 nəfər ölüb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu İranın Təcili Yardım Təşkilatının məlumatında öz əksini tapıb.
Məlumata görə, bu şəxslər avtomobillərin daşqınlarda qalması, tunel çökməsi nəticəsində həlak olublar.
Məlumatda bildirilir ki, İranın 11 vilayətində – Hörmüzqan, Buşehr, Fars, Sistan və Bəluçestan, Qum, Gilan, Cənubi Xorasan, Rəzəvi Xorasanı, Mazandaran, Simnan və Kirman vilayətlərində 21 nəfər xəsarət alıb, 2 nəfər isə itkin düşüb.
Hazırda vilayətlərdə seldən zərərçəkənlərə yardımların göstərildiyi bildirilir.