İranda yenə zəlzələ oldu

İranın İsfahan vilayətinin Bərzok rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 11:42-də 15 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Qeyd edək ki, ötən gün də İranın cənub-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

 

Share: