İranda zəlzələ olub

İranın Xorasan Rəzəvi və Cənubi Xorasan əyalətlərində zəlzələ baş verib.

Milletinsesi.az APA-ya istinadla xəbər verir ki, yeraltı təkanlar Sənqan şəhərində 4,1 bal gücündə qeydə alınıb. Zəlzələ 10 kilometr dərinlikdə yerli vaxtla saat 09:54-də baş verib.

Xilasedicilər və ekspert qrupu hadisə yerinə göndərilib, hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Share: