İranın Gülüstan əyalətinə bağlı Ramiyan rayonunda 5,1 bal gücündə zəlzələ olub.
Milletinsesi.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Zəlzələ yerin 9 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.