İrandan 12 kq narkotik gətirilməsinin qarşısı alındı

Noyabrın 3-də saat 07:30 radələrində Astara şəhəri yaxınlığında sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq ölkə ərazisinə narkotik maddə gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən Milletinsesi.az-a bildiriblər ki, sərhədçilərin qanuni tələblərinə əməl etməyən sərhəd pozucusunun təqibi zamanı o, əlindəki çantanı ataraq relyefin mürəkkəbliyindən istifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçirilmiş 12 kiloqram 730 qram “kokos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və soyuq silah – xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Share: