İranın Cənub-Şərqindəki Sistan-Bəlicistan vilayətində İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) əsgərləri və narkotik vasitələrinin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma arasında toqquşma baş verib.
Bu barədə Sepah-ın nümayəndəsi polkovnik Qasım Həsənzadə məlumat yayıb. O bildirib ki, Əfqanistandan İrana külli miqdarda narkotik vasitə keçirməyə çalışan qruplaşma ilə əsgərlər arasında silahlı toqquşma baş verib. Nəticədə 1 nəfər Sepah əsgəri həlak olub, 3 qaçaqmalçı məhv edilib və qaçaqmalçılığın qarşısı alınıb.
Baş verən insidentlə bağlı araşdırma aparılır. İranın hüquq mühafizə orqanları qaçaqmalçıların İrandakı əlaqələrini üzə çıxarmağa çalışırlar. (AZƏRTAC)