İranın İrəvana təyin etdiyi yeni səfiri Mehdi Sübhani Ermənistanda diplomatik missiyasına başlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Qeyd edək ki, İranın Ermənistandakı sabiq səfiri Abbas Bədəxşan Zöhuri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar yeni diplomatla əvəzlənib.
Sübhani İrəvana gəlməzdən əvvəl İran XİN başçısı Hüseyn Əmir Abdullahiyanla görüşüb.