İranın məhv etdiyi ABŞ təyyarəsi – Foto

İranın məhv etdiyi ABŞ təyyarəsi – Foto

İranın ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi bazasına endirdiyi zərbələr nəticəsində məhv edilən “E-3G Sentry” erkən xəbərdarlıq və idarəetmə təyyarəsinin görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər amerikalı OSİNT blogerlər tərəfindən təqdim olunub.

“Zərbə E-3G təyyarəsinin ən vacib hissəsinə, yəni AN/APY-2 radar müşahidə sistemi üçün antenaları da daxil olmaqla, bir neçə həssas cihazın yerləşdiyi fırlanan radar günbəzinin arxa hissəsin endirilib”, – blogerlərdən biri yazıb.

Qeyd edək ki, İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi bazasına zərbələr nəticəsində bir neçə yanacaqdoldurma təyyarəsinin məhv edildiyini açıqlamışdı.

Share: