İranlı diplomat Rusiyaya səfər edəcək

İranlı diplomat  Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi yaxın vaxtlarda Moskva və Minskə səfər edəcək, orada Rusiya və Belarus rəsmiləri ilə görüşəcək.

Millətin Səsi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi jurnalistlərə bildirib.

“Gələn həftə Belarus və Rusiyada xarici işlər nazirlikləri səviyyəsində yüksək səviyyəli görüşlər keçiriləcək. Əraqçı davam edən məsləhətləşmələr çərçivəsində bu iki ölkəyə səfər edəcək”, – o, mətbuat konfransı zamanı deyib.

Mətbuat katibinin sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian yaxın günlərdə Qazaxıstan və Türkmənistana səfər edəcək. “Prezidentin mətbuat xidməti vaxtında hər şeyi açıqlayacaq”, o əlavə edib.

Share: