İranlı molla: “Bölgədəki ABŞ və İsrail səfirliklərini yandıracağıq”

İranlı molla: “Bölgədəki ABŞ və İsrail səfirliklərini yandıracağıq”

İranın din xadimləri ölkənin dini lideri Əli Xamineyini müdafiə etmək üçün davamlı olaraq açıqlamalar verirlər.

Tribunainfo.az xəbər verir ki, söhbət Xamineyini fiziki olaraq aradan götürülə biləcəyi ilə bağlı Qərb dairələrinin verdiyi açıqlamalardan gedir.

Belə ki, İsrail və ABŞ İranın dini liderinin yerini bildikləri halda, onu öldürmədiklərini qeyd ediblər. Lakin onun hədəf olduğunu da istisna etməyiblər. Bu dəfə şans yaranarsa, Xamineyini öğldürəcəklərini vurğulayıbar.

Qeyd edək ki, İran din xadimləri son həftə ərzində Xamineyiyə hücum edənləri “Allahın düşmənləri” adlandırmaqla yanaşı, həm də buna qarşı müharibə edəcəklərini bəyan ediblər. Dünən isə Qum Müəllimlər Seminariyasının rəsmisi Mahmud Rza Cəmşidi yeni bir açıqlama ilə çıxış edib. “Əgər Xamneyiyə hücum etsələr, ABŞ və İsrail səfirliklərini yandıracağıq. Onların regiondakı təsir mərkəzlərini də eyni aqiibət gözləyir”.

Share: