İraqda internet bağlantısı kəsildi

Etiraz aksiyalarının hökm sürdüyü İraqın paytaxtı Bağdad şəhərində internet bağlantısı kəsilib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Məlumata görə, hazırda paytaxtla yanaşı ölkənin mərkəzi və şimal hissələrindəki şəhərlərdə də internet yoxdur.

Nəşr həmçinin aksiyaların davam etdiyi Bağdadda polisin etirazçılara doğru açdığı atəş səslərinin eşidildiyini qeyd edib.

 

Share: