İraqda terrorçuların hücumu nəticəsində 3 hərbçi həlak olub

İraqda İŞİD yaraqlıları tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində 3 hərbçi ölüb, 4-ü yaralanıb.

Bu barədə “Al-Arabiya” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən xəbər verib.

Terrorçuların Vadi-ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 hərbçini öldürüb, 4 əsgər isə yaralanıb.

Telekanal qeyd edib ki, Vadi-ən-Naft Kərkük şəhərindən təxminən 25 km qərbdə yerləşir və Kərkükün sahibi olan İraqın mərkəzi hökuməti ilə Kürdüstan muxtariyyəti arasında mübahisəli ərazidədir.

Mənbə

Share: