İraqın müdafiə naziri İsveç vətəndaşı çıxdı

İraqda yüksək vəzifə tutan şəxslərin ikili vətəndaşlığa malik olmasına icazə verilməməsinə baxmayaraq bu ölkənin müdafiə naziri Nəcah əş-Şamari İsveç vətəndaşıdır.

Bu barədə əş-Şamari Stokholm ətrafındakı şəhərlərdən birində qeydiyyatdadır.

Qeyd edilir ki, İraqın müdafiə naziri İsveçdə başqa adla qeydiyyata düşüb.

Onun burada yaşamaq üçün sənədlərini 2009-cu ildə verdiyi təxmin edilir. Məlumata görə, Nəcah əş-Şamari 2015-ci ildə İsveç pasportu alıb.

Jurnalistlər əş-Şamarinin qeydiyyatda olduğu evin sakinləri ilə görüşüblər. Sakinlərdən biri foto əsasında onu tanıyıb./teleqraf

Share: