İri ticarət müəssisələrinin açılması ilə bağlı yekun qərar yoxdur.
Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Yumşalmalar mərhələli şəkildə müzakirə olunur. Rayonlara gediş-gəliş və iri ticarət mərkəzlərinin açılması müzakirə olunur. Bu barədə yaxın vaxtlarda qərar qəbul ediləcəkdir”, – o bildirib.