İrina Zaretskaya: “Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm”

“Mənə dəstək olan hamıya təşəkkür edirəm. Bakıda qızıl medal qazandığım üçün xoşbəxtəm. Hər şey super alındı. Tamaşaçıların dəstəyi məni qələbəyə ruhlandırdı. Mən də öz növbəmdə onları sevindirdim. 3 qızıl və 3 bürünc medal əla nəticədir”.

Bunu Milletinsesi.az-a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretskaya deyib.

68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qələbə münasibətilə bütün karateçiləri təbrik edib: “Bu cür nəticə üçün çox çalışmışdıq. Azərbaycan Premyer Liqa turnirində heç vaxt bu qədər qızıl medal qazanmamışdı. Doğma divarlar arasında bütün gücünü ortaya qoyursan. Çünki zaldak könüllülər də səni dəstəkləyir. Yerli publika hr xal uğrunda səninlə birlikdə mübarizə aparır. Hakimlərin qazandığın xalı qeydə almaqdan başqa yolu olmur. Özünü akula kimi hiss edirsən və qan qoxusu aldıqda daha irəli gedirsən”.

Mənbə

Share: