
Adananın Kozan rayonunda 2 nəfər damdan su sızması səbəbilə mübahisə etdikləri iş adamlarının ofisinə basqın həyata keçirib.
Modern.az xəbər verir ki, hücum edənlər biznes sahibini çölə çağıraraq əvvəlcə ona şillə vurub, sonra isə qılıncla yaralayıblar.
İş adamının ov tüfəngi ilə atəş açması nəticəsində hücum edənlərdən biri yaralanıb. Dəhşətli anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Hücum edən digər şəxsin axtarışları davam edir.