
Son 20 ildə dünyada texnologiya sürətlə inkaf edib.
Bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuş sessiyada İsrailin Kosmik Agentliyinin (ISA) direktoru Uri Oron bildirib.
Onun sözlərinə görə, texnoloji inkişaf bir sıra məsələləri asanlaşdırıb: “Məhz texnologiya sayəsində kosmos bizim üçün daha da əlçatan olub. Hesab edirəm ki, kosmos bir açıq pəncərədir və biz bu pəncərə vasitəsi ilə suallarımıza cavab tapa bilərik”.
ISA rəsmisi həmçinin Bakıda keçirilən tədbirlə bağlı fikirlərini bölüşüb: “Azərbaycanda çox gözəl konqres təşkil edilib və mən bu gün Azərbaycanın ev sahibliyi etdiyi bu möhtəşəm konqresdə iştirakdan çox məmnunam”.