“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
Millətin Səsi.az xəbər verir ki, Binəqdədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ona bəraət verilib.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.


