İsfahandakı PUA zavodu dron hücumu nəticəsində dağılmayıb…-“Defence Express”

İsfahandakı PUA zavodu dron hücumu nəticəsində dağılmayıb…-“Defence Express”

İranın İsfahan şəhərindəki “Shahed Aviation Industries”  dron zavodu yanvarın 28-dən 29-na keçən gecə baş verən partlayışlar nəticəsində dağılmayıb.

 

Moderator.az xəbər verir ki, bunu  “Planet Labs” şirkətinin “SkySat” peyk şəkillərinə istinadla Ukraynanın “Defence Express” hərbi portalı yazıb.

Media yazır ki, yanvarın 29-da səhər saatlarında çəkilmiş şəkildən “Şahed-136” pilotsuz təyyarələrini istehsal edən zavodun ərazisindəki anqarların zədələnmədiyi görünür. Bundan əlavə, fotolardan bəlli olur ki, ötən ilin noyabrından bəri orada iki yeni anqar yaradılıb.

Nəşr həmçinin qeyd edir ki, İran bütün kritik və fövqəladə imkanlarını yeraltı komplekslərdə yerləşdirir. Portal yazır ki, onları məhv etmək üçün xüsusi yüksək güclü beton deşən mərmilərdən istifadə etmək lazımdır.

 

Sultan Laçın

Mənbə

Share: