Rusiyanın İsgəndər-M raketləri hava hücumundan müdafiə sistemlərini aldatmaq üçün əvvəlcədən nəzərdə tutulmuş tələ raketlər buraxır.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
“ABŞ kəşfiyyat əməkdaşlarının məlumatlarına görə, hər qurğu təxminən bir fut (0,3 m) uzunluğundadır, narıncı quyruğu olan ağ ox şəklindədir. O, elektronika ilə təchiz olunub və İsgəndər-M-in yerini müəyyən etməyə çalışan düşmən radarlarını aldatmaq üçün radio siqnallar verir, raketləri özünə çəkən istilik buraxır. Bu cür yalançı hədəflərdən istifadə Ukrayna hava hücumundan müdafiə sisteminin Rusiyanın “İsgəndər” raketlərinin qarşısını almaqda niyə çətinlik çəkdiyini izah etməyə əsas verir”, – nəşr bildirib.