Azərbaycanda ərzaq qıtlığı gözlənilmir.
Milletinsesi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edən deputat Vahid Əhmədov bildirib.
“Hazırda ölkənin 56 milyard dollar ehtiyatı var. Biz 90-cı illərdə Əli müəllimlə (deputat Əli Məsimli -red) birlikdə işləyəndə pul yox idi deyə, qıtlıq yaranırdı. Amma ölkənin hazırda yetəri qədər pulu var. Dünyanın istənilən nöqtəsindən istənilən məhsulu ala bilərik. Burada qeyd edilir ki, ərzaq qıtlığı ola bilər, işi elə qurmaq lazımdır ki, belə şey yaşanmasın. Kənd Təsərrüfatı Nazirliyinin də üzərinə məsuliyyət düşür”, – deyə deputat vurğulayıb.