İslamiada: Azərbaycan gimnastları daha 2 medal qazanıblar

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Milletinsesi.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xoşqədəm Quliyevadan ibarət kollektiv trio yarışlarında 2-ci olublar.

13:00

Azərbaycan gimnastları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalı qazanıblar.

“Report”un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük aerobika gimnastikası üzrə qarışıq qoşa yarışlarında 1-ci yeri tutublar.

Azrbaycan komanda hesabnda da gümüş medala yiyələnib.

11:54

Azərbaycan gimnastı Vladimir Dolmatov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Milletinsesi.un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, aerobika gimnastikası üzrə fərdi proqramda bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Fərdi proqramda çıxış edən digər Azərbaycan təmsilçisi Mədinə Mustafayeva isə gümüş medala sahib çıxıb.

Mənbə

Share: