İslamiada: Azərbaycanın həndbol yığması yarımfinala yüksəlib

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

“Report”un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yığma B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 26:17 hesablı qalibiyyəti ilə başa çatıb.

Bu nəticədən sonra qrup qalibi olan yığma yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib. Yığma 2-ci qarşılaşmada isə Əfqanıstana qalib gəlib.

Mənbə

Share: