![](https://milletinsesi.az/wp-content/uploads/1709567224_1a2fd0de-4282-3ec7-b57f-d090988bf1c8-716x446.jpg)
Qanunsuz saxlanılan odlu silah-sursatların əməliyyat yolu ilə aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, növbəti tədbirlər zamanı İsmayıllı rayonunda 3, Göyçayda isə 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri ayrı-ayrı şəxslərdən aşkarlanaraq götürülüb.
Araşdırmalar davam etdirilir.