İsmayıllıda 2 avtomobil toqquşdu – Xəsarət alan var

İsmayıllıda 2 avtomobil toqquşdu – Xəsarət alan var

İsmayıllıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Abdulhəsən Ələkbərzadə küçəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” markalı avtomobil “Mercedes Vito” markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı “VAZ 2106” markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Mənbə

Share: