İspaniyada dəmir yolu biletlərinin üzərində karbon qazının səviyyəsi göstəriləcək

“Renfe” İspaniya Dövlət Dəmir Yolları şirkəti “Ave” və “Avant” yüksəksürətli qatarların biletləri üzərində atmosferə atılan zərərli tullantıların səviyyəsi barədə məlumat yerləşdirəcək.

AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, bu, sərnişinlərin qatarları bu parametrə görə digər nəqliyyat növləri olan təyyarə və ya avtomobillə müqayisə edə bilməsindən ötrü həyata keçirilir.

“Renfe”də qeyd ediblər ki, digər ənənəvi nəqliyyat növləri ilə müqayisədə müasir qatarlar ekoloji cəhətdən ən təmiz sayılır.

Share: