İspaniya Avropa İttifaqında dördgünlük iş həftəsini tətbiq edən ilk ölkə olmağı planlaşdırır.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Ölkə rəhbərliyi pilot layihə olaraq dördgünlük iş həftəsini tətbiq etmək üçün özəl şirkətlərə müraciət edib. Sınaqların detalları açıqlanmasa da, 32 saatlıq iş həftəsi zamanı işçilərin məvaciblərinin əvvəlki səviyyədə saxlanılacağı bildirilib.
Dövlət layihədə iştirak edəcək şirkətlərə itkilərin kompensasiyasını öz üzərinə götürüb. Pilot layihənin ilk ilində kompensasiyanın həcmi 100%, ikinci ilində 50%, üçüncü ildə isə 33% təşkil edəcək.
Qeyd olunur ki, təşəbbüsün müəllifi sol yönümlü “Mas Pais” partiyasıdır.