İspaniyada istifadə ediləcək koronavirus peyvəndi məlum oldu

İspaniya altı həftə ərzində ABŞ-ın “Moderna” şirkətinin istehsal etdiyi yeni koronavirus peyvəndindən 600 000 doza almaq istəyir.

TASS bu barədə krallığın səhiyyə naziri Salvador İlianın açıqlamasına istinadla xəbər yayır.

Onun sözlərinə görə, dərmanın ilk partiyası gələn həftənin sonunda İspaniyaya gəlməlidir.

İspaniyada xəstəliyin yayılmasının başlanğıcından bəri 1,98 milyondan çox infeksiya hadisəsi aşkar edilib, 51 mindən çox xəstə ölüb.

Qeyd edək ki, “Pfizer/BioNTech” və “Moderna” peyvəndlərinin Avropada istifadəsi təsdiqlənib.

Share: