İspaniyada peyvənd vurdurmayanlarla bağlı qərar

İspaniyada koronavirus peyvəndi olmaqdan imtina edən vətəndaşlar qeydiyyata alınacaq.

Milletinsesi.az-ın verdiyi məlumata görə , bu barədə ölkənin səhiyyə naziri Salvador Illa məlumat verib.

Qeydiyyat nəticələrinin xalqa açıq olmayacağını, Avropa İttifaqı üzvü ölkələrlə paylaşılacağını ifadə edən İlla məlumatların qorunmasına həssas yanaşacaqlarını vurğulayıb. Bundan əlavə, o, peyvənd prosesinin dekabrın 27-də başladığını, fevral ayının sonuna qədər 2 milyon yarım insanın peyvənləmədə iştirak edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, İspaniya koronavirusdan ölüm sayına görə Avropada 5-ci yerdədir.

Share: