İsrailə hücum nəticəsində yaralananların sayı 770-i, ölənlərin sayı 40-ı keçdi

İsrailə hücum nəticəsində yaralananların sayı 770-i, ölənlərin sayı 40-ı keçdi

Bu gün səhər saatlarında Qəzza zolağından İsrailə endirilən çoxsaylı raket zərbələrindən sonra ölənlərin sayı 40-ı keçib. 

Qeyd edək ki, yaralananların sayı 770-i keçib. 

15:11

HƏMAS-ın israilə endirdiyi aviazərbələrdən sonra yaralıların sayı durmadan artır.

Belə ki, ən son məlumatlara görə yaralıların sayı 500-dən çoxdur. 

Qeyd edək ki, bu səhər saatlarından Qəzza zolağından İsrail raketlərdən atəşə tutulub. 

14:23

İsrailin cənub və mərkəzinə raket hücumlarında ölənlərin satının 22-ə çatdığı bildirilir. Həmçinin ən azı 70-i ağır olmaqla, 300-dən çox yaralı var.  

Qeyd edək ki, HƏMAS kütləvi hücumda əsgərləri, mülki vətəndaşları əsir götürdüyünü iddia edir.

12:51

İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində altı nəfər ölüb, 300 nəfər yaralanıb.

Döyüşlərin getdiyi ərazilərdə sakinlər terrorçular tərəfindən atəşdə tutulur, yaralıların sayı durmadan artır.

Mənbə: timesofisrael

12:20

İsrailin Qəzza zolağından raket atəşinə tutulması nəticəsində azı 80 nəfər yaralanıb.

Məlumata görə, Qəzza zolağından atılan kütləvi raket hücumundan sonra 80-ə yaxın yaralı İsrailin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.

Qeyd olunur ki, Qəzzadan olan radikallar bir neçə saat ərzində İsrailə beş mindən çox raket atıblar.

Mənbə: RIA novosti

Mənbə

Share: