İsrailə səfir təyin olunan şəxs kimdir? – DOSYE

İsrailə səfir təyin olunan şəxs kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Moderator.az-ın məlumatına görə, Muxtar Məmmədov bu təyinatadək elm və təhsil nazirinin müavini işləyib.

 

O, 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində “Dövlət qulluğunun təşkili və idarəedilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

 

2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

 

2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

 

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

 

İngilis, rus və türk dillərini bilir.

 

Evlidir, iki övladı var.

 

Mənbə

Share: