
İsrailli tədqiqatçılar xroniki bədən ağrıları ilə mübarizə aparmaq üçün istifadə edilə bilən “TrainPain” adlı mobil proqram hazırlayıblar. Bu startap tezliklə tibbi sığorta fondlarımızdan birində fəaliyyət göstərəcək.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “NoCamels” nəşri məlumat yayıb.
“TrainPain” oyununu smartfon proqramları əlavəsindən yükləmək lazımdır, lakin bunun üçün vibrasiyaya səbəb olan iki toxunma stimulyatoru (sol və sağ) olan xüsusi qurğu tələb olunur. Bir stimulyator ağrılı yerə, məsələn, sağ qola və ya dizə, ikincisi isə simmetrik olaraq bağlanmalıdır. Bundan sonra, kürəcikləri vurmaq lazım olan oyuna daxil olursuz.
Alimlər bu kürəciklərin bir-birindən rəqəmlərə görə fərqləndiyini deyirlər. Məsələn, stimulyator iki dəfə titrəyirsə, onda iki nömrəli kürəciyi gözləmək və onu stimullaşdırmanın gəldiyi istiqamətə yönəltmək lazımdır. Kürəcik görünəndə qarşı tərəfdəki stimulyator pulsasiya etməyə başlayır ki, beynimiz ağrı hissi üzərində cəmlənməsin. Xəstə oyun oynayarkən, alqoritmlər onun sensor qavrayış qabiliyyətini öyrənir.
Startapın həmtəsisçisi, fizioterapevt Elan Şnayder qeyd edib ki, orqanizmin sinir sistemi ağrının intensivliyini artırıb azalda bilər, lakin hələlik bu funksiyanı öyrətməyə imkan verəcək belə bir vasitə olmayıb.
S.Laçın