
“Bizi narahat edən odur ki, xalqımıza İsrail silahından atəş açılır…”
“Azərbaycanın son illər xaricdən aldığı silahların 70 faizi İsrail mənşəlidir…”
İrəvan İsrailin ermənilərin Qarabağdan çıxmasına münasibət
bildirməməsindən hiddətlənib
“Mən anlamıram, nədən İsrail öz vətənlərindən qovulan insanların taleyi ilə bağlı heç olmasa özünün hər hansı məyusluğunu ifadə edə bilmir?”.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın Təl-Əvivdəki səfiri Arman Akopyan “The Associated Press” agentliyinə verdiyi müsahibəsində bəyan edib. İrəvan təmçilçisi Qarabağdan mülki əhalinin çıxmasını nəzərdə tutub.
“Bizi həmçinin narahat edən odur ki, xalqımıza İsrail silahından atəş açılır”, – Akopyan deyib.
Erməni səfir əlavə edib ki, son həftələr ərzində o, İsrail siyasətçiləri, o cümlədən Knessetin deputatları ilə görüşlər keçirib və İsrail silahlarının Azərbaycana tədarükü ilə bağlı təşvişini ifadə edib.
Agentlik qeyd edir ki, İsrailin xarici işlər və müdafiə nazirlikləri İsrail silahından Qarabağda istifadə edilməsi barədə məlumatları şərh etməkdən imtina edir.
2023-cü ilin iyulunda İsrailin müdafiə naziri Yoav Qalant Bakıya səfər edib, orada iki ölkənin hərbi əməkdaşlığını yüksək qiymətləndirib.
“Azərbaycanın özünü müdafiə hüququnun bizim tərəfimizdən dəstəklənməsində heç bir şübhə yoxdur”.
Bunu agentliyə müsahibəsində İsrailin Azərbaycandakı sabiq səfiri, Təl-Əviv Milli Təhlükəsizlik Təsqiqatları İnstitutunun əməkdaşı Arkadi Milman deyib.
“Bizim İranın çəkindirilməsi üzrə strateji tərəfdaşlığımız mövcuddur”, – o, əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycanın son illər xaricdən aldığı silahların 70 faizi İsrail mənşəlidir.
“Mako” saytının məlumatına görə, İsrailin Azərbaycana ixrac edilən tədarükçü müdafiə şirkətlərinin əsas siyahısı belədir:
– IWI – uçuş məsafəsi 150 km olan raket-yaylım aytəşli sistemlər;
– “Taasiya tsvait” – uçuş məsafəsi 45 km olan LAR-160 raketləri;
– “Elbit” – ATMOS-2000 özüyeriyən artilleriya qurğuları, 120 mm kalibrli minaatanlar, “Hermes-450” və “Hermes-900” tipli PUA-lar (Azərbaycanın tank parkının modernləşdirilməsi);
– “Taasiya avirit” – “Heron” PUA-ları, “Harop” seriyasından olan planlaşdırılan döyüş sursatları, LORA ballistik raketləri, “Barak” HHM raketləri, “Elta” istehsalı olan radarlar;
– “Rafael” tankəleyhinə “Spayk” raketləri.