
Parisin Fələstinin dövlətçiliyini tanımaq niyyətinə görə İsrail Fransaya qarşı sərt tədbirlər görmək planları hazırlayır.
Millətin Səsi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlara Fələstin Muxtariyyətinin qismən hakimiyyətdə olduğu İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi də daxil ola bilər. Mümkün tədbirlər paketi, həmçinin Fransanın Qüdsdəki konsulluğunun bağlanmasını və xristianların ziyarətgahı olan Eleona ziyarətgahı kimi İsraildəki Fransaya məxsus mülklər və ərazilərlə bağlı addımların atılmasını da əhatə edir.
İsrail xarici işlər nazirinin müavini Şarren Haskel daha əvvəl Fransa radiosuna verdiyi müsahibədə bildirib ki, 1948-ci ildə İsrail dövləti yaranmazdan əvvəl də mövcud olan Parisin Qüdsdəki diplomatik missiyasının bağlanması indi İsrailin baş naziri Benyamin Netanyahunun gündəmindədir.