İsrail hərbçiləri Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin baş katibi Əhməd Səadətin arvadını saxlayıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Valla” nəşri yazıb.
Məlumata görə, onun saxlanılması ilə bağlı əməliyyat İordan çayının qərb sahilindəki Ramallah şəhərində aparılıb.
Qeyd edək ki, Səadət 2008-ci ildə İsrailin turizm naziri Rehavam Zaevini öldürməkdə ittiham olunaraq, 30 il müddətinə azadlıqdan məhrum edilib.
Axar.az