İsrail ikinci müharibəyə hazırlaşır – Nəsrullahdan cavab

Hizbullah İsraillə müharibə olacağı təqdirdə İsrail ərazisinin istənilən hissəsinə hücum edə biləcək arsenala sahibdir.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Hizbullah lideri Seyid Həsən Nəsrallah deyib.

“Düşmən bilir ki, biz ən pis ssenariyə hazırlaşırdıq və heç bir yerdə bizim raketlərimizdən qaçmaq olmaz”, – o bildirib.

Nəsrallah Aralıq dənizindəki hədəflərə hücumu da istisna etməyib. O, eyni zamanda Kipr Respublikasına xəbərdarlıq edərək, İsrailə hərbi təlimlər üçün öz liman və aerodromlarını açacağı halda rəsmi Nikosiyanın da müharibə tərəfi hesab olunacağını bildirib.

Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Livanla bağlı müharibə qərarı verməyə çox yaxın olduqları barədə açıqlama yayıb.

Share: