İsrail konsulluğu qarşısında atışma: İstintaq başlanıldı

İsrail konsulluğu qarşısında atışma: İstintaq başlanıldı

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insidentlə bağlı istintaq başlanılıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial media hesabında yazıb.

“İstintaq çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru vəzifələndirilib. Onlar hadisə yerinə gedərək araşdırmalara başlayıb. Hadisənin bütün aspektləri ilə aydınlaşdırılması məqsədilə hüquq-mühafizə qurumları birgə işləri davam etdirir, istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır”, – nazir qeyd edib.

Share: