İsrail koronaya qarşı peyvəndin sınaqlarını bitirdi

İsrailin Nes-Çiona şəhərindəki bioloji tədqiqatlar institutu koronavirusa qarşı peyvəndin kliniki sınaqlarını uğurla başa çatdırıb.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı İsrailin “12-ci kanal”ı yayıb. Məlumata görə, institut sınaqları koronavirusa yoluxdurulmuş gəmiricilər üzərində aparıb. Sınaq nəticəsində müəyyən edilib ki, peyvənd olunmuş gəmiricilər sağlam qalıblar.

İnstitutun tezliklə başqa heyvanlar və insanlar üzərində sınaqların növbəti mərhələsinə başlayacağı bildirilib. Əgər sınaqlar uğurla davam edərsə, o zaman peyvəndin bir il ərzində tam hazır olacağı vurğulanıb.

Share: