İsrailin Livanın paytaxtı Beyrutun şəhər mərkəzinə təkrar hücumu nəticəsində ən azı iki nəfər həlak olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin bəyanatında bildirilib:
“İsrailin Zuqaq əl-Blat məhəlləsində Riad əl-Solh prospekti yaxınlığında yerləşən yaşayış binasına hücumu nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb”.
“Xilasetmə işləri davam edir, ölənlərin sayı arta bilər”, – nazirlik əlavə edib.
Səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Zuqaq əl-Blat və Beyrutun daha iki məhəlləsinə, Basta və Əl Bəşuraya zərbələr endirib. Səhiyyə Nazirliyinin məlumatına görə, 12 nəfər ölüb, daha 41 nəfər xəsarət alıb.


