İsrail məhkəməsi Bakıya qarşı iddianı rədd etdi

İsrail Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunması barədə vəsatəti rədd edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yayıb. Məlumata görə, məhkəmə bu qərarı dəlil yetərsizliyi ucbatından qəbul edib. Belə ki, bu silahların Ermənistana qarşı hərbi cinayətlərdə istifadə edilmədiyi sübut edilib.

Azərbaycana qarşı ittihamla aktivist Eli Cozefin çıxış etdiyi bildirilib.

“Cozef Azərbaycana silahın 60%-nin İsraildən daxil olduğunu məhkəməyə təqdim edib. Lakin Cozefin məhkəməyə təqdim etdiyi sənədlərdən heç birində bu silahların ermənilərə qarşı hərbi cinayətlərdə, yəni mülki əhaliyə qarşı istifadə edilməsi sübut edilməyib”.

Share: