“İsrail ordusu Qəzzanı müxtəlif istiqamətlərdən mühasirəyə alıb”

“İsrail ordusu Qəzzanı müxtəlif istiqamətlərdən mühasirəyə alıb”

İsrail hərbçiləri Qəzzanı müxtəlif istiqamətlərdən mühasirəyə alıblar.

Bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi məlumat verib.

Onun sözlərinə görə, İsrail ordusu tamamilə Qəzza bölgəsindədir.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkə biləcəyi barədə xəbərdarlıq edib və qələbəyə inandığını bildirib.

Mənbə

Share: