İsrail ordusuna İrana qarşı “hazır ol” əmri verildi 

İsrail ordusuna və kəşfiyyat xidmətinə (Mossad) İranla bağlı istənilən senariyə hazır olmaq tapşırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Yair Lapid İsrail özünün “Twitter” hesabında məlumat yayıb.

 

Baş nazir İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu xatırladıb və hərbçilərə mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.

 

“Bu, pis razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”, – deyə o qeyd edib.

Mənbə

Share: