Rusiyanın Fələstinlə atəşkəs təklifinə İsrail rədd cavabı verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “Yediot Aharonot” qəzetində yazılıb.
Xəbərdə İsrail Baş naziri Benyamin Netanyahunun dünən axşam keçirilən Təhlükəsizlik Şurasının iclasında Moskvanın atəşkəs təklifini rədd etdiyini kabinet üzvlərinə bildirdiyi qeyd edilib.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin rəsmi Moskvanın İsrail və Fələstin arasındakı sülh prosesi səylərini sürətləndirməyə hazır olduğunu bildirmişdi.