
İsrail və HƏMAS arasında sülh sazişləri elan edildikdən sonra İsrail Qəzza zolağına zərbələr endirməyə davam edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Fələstin anklavının mülki müdafiə xidməti məlamat yayıb:
“Dünən gecə atəşkəs razılaşması elan edildikdən sonra biz regionda, xüsusən də Qəzzanın şimalında çoxlu partlayışlar barədə məlumat aldıq. Qəzza şəhəri də güclü hava hücumlarına məruz qalıb”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, İsrail və HƏMAS nümayəndələri Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsinə dair sazişlər imzalayıblar. Trampın sözlərinə görə, bura yaxın gələcəkdə bütün girovların azad edilməsi və İsrail qoşunlarının Qəzza zolağı daxilində razılaşdırılmış xəttə çıxarılması daxildir. O əlavə edib ki, “güclü, davamlı və əbədi sülhə doğru” ilk addımlar atılıb.