İsrail Türkiyə ilə “qonşu” olacaq, əgər…

İsrail Türkiyə ilə “qonşu” olacaq, əgər…

İsrail druzlara yalan vədlər verərək addım-addım bölgəni işğal etməyə hazırlaşır.

Milletinsesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyadan olan tədqiqatçı Amar əl-İsavi deyib.

“Bu işğala son qoyulmasa, İsrail Hatay, Hasəkə və Rakka sərhədində Türkiyəyə “qonşu” olacaq. Druzistan və İsrail Kürdüstanı qurmaqla.. Bunun qarşısı alınmalıdır. Biz burada türk təyyarələrini görmək istəyirik”, – tədqiqatçı əlavə edib.

Qeyd edək ki, İsraillə Suriya arasında atəşkəslə bağlı razılaşmanın əldə olunması ilə bağlı məlumat yayılıb.

Share: