İsrail və BƏƏ arasında vizasız rejim tətbiq ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökumət nümayəndəsi tarixdə ilk dəfə oktyabrın 20-də İsrailə gedəcək.

İsrail KİV xəbər verir ki, nümayəndə heyətinə BƏƏ-nin Maliyyə Nazirliyində dövlət naziri Ubeyd əl-Taer başçılıq edəcək.

BƏƏ-dən olan qonaqları Təl-Əvivdə Ben-Qurion hava limanında günü ikinci yarısında İsrailin Baş naziri Benyamin Netanyahu, Xarici işlər naziri Qabi Aşkenazi, Milli təhlükəsizlik şurasının başçısı Meir Ben Şabbat qarşılayacaq. Nümayəndə heyətini ABŞ administrasiyasının maliyyə naziri Stiv Mnuçin müşayiət edəcək.

Tərəflər sərmayənin qorunması, aviasiya, elm və texnologiya sahələrində razılaşmalar imzalayacaqlar. Eyni zamanda iki dövlət arasında vizasız rejimin tətbiqi haqqında imzalanacaq müqavilə daha əhəmiyyətli sayılır. Bununla da BƏƏ İsraillə vizasız rejim tətbiq edilən ilk ərəb ölkəsi olacaq./report

Share: