
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən QHT nümayəndələri və ekofəallarının Şuşa-Xankəndi yolunda etiraz aksiyası İsrail və Hindistan mediasında da ictimailəşdirilib.
Moderator.az xəbər verir ki, yazıların müəllifi Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, jurnalist Cavid Şahverdiyevdir.
İsrailin www.9tv.co.il, Hindistanın //muslimmirror.com saylarında dərc olunan yazılarda qeyd olunub ki, Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki təbii sərvətlərimizin talanması, ekologiyamıza vurulan ziyan beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır ki, işğalçı Ermənistan bu cinayəti davam etdirir.
Azərbaycan tərəfinin birgə monitorinq aparılmasına imkan və şəraitin yaradılmaması isə bəşəri cinayətin üstünün ört-basdır edilməsi deməkdir.
Yazılarda aksiya ilə bağlı ermənilərin yalanlarının ifşası ortaya qoyulub və iştirakçıların yeni tələblərinin nələrdən ibarət olunduğu qeyd olunub. Həmçinin
müəllif dekabrın 12-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin diplomatik korpusun nümayəndələri ilə görüşündə söylədiyi fikirlərə də yer verib.
Yazının tam mətnləri aşağıdakı linklərdə:
//www.9tv.co.il
//muslimmirror.com/eng/ngos-continue-protesting-against-illegal-activities-of-armenians-in-khankendi-region
